EN

Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşlarla görüşüb -Fotolar



Milli Məclisin deputatı Novruzəli Aslanov bölgədə ənənə halını almış şəffaf idarəçilik və vətəndaşlarla birbaşa ünsiyyət xəttini bu həftə də davam etdirib. 2025-ci il 11 dekabr tarixində keçirilən növbəti səfər çərçivəsində deputat İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə rayon ictimaiyyəti ilə görüşüb, onların gündəlik narahatlıqlarını, inkişafla bağlı gözləntilərini dinləyib.
Səfərin əvvəlində millət vəkili rayon rəhbəri ilə birgə İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərovun 65 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə iştirak edib. Çoxillik dövlət qulluğu təcrübəsi, peşəkarlığı və işinə məsuliyyətli yanaşması ilə həmkarlarının dərin etimadını qazanan Nazim Səfərova ürəkdən təbriklərini çatdıran deputat,və icra başçısı onun fəaliyyətinə verilən yüksək dəyərin dövlətimizin peşəkar kadr siyasətinin bariz göstəricisi olduğunu vurğulayıb.

Günün ikinci yarısında keçirilən vətəndaş qəbulu isə İsmayıllının Xanagah kənd orta məktəbinində baş tutub. Aia.az-ın məlumatına görə, qəbulda rayon rəhbərliyinin müavinləri və yerli strukturların nümayəndələri də iştirak ediblər. Bu, bir daha onu göstərdi ki, problemlərin həllinə kompleks yanaşma və operativ koordinasiya dövlət siyasətinin prioritetlərindəndir.

Səmimi və açıq müzakirələr şəraitində keçən görüş zamanı sakinlər əsasən sosial istiqamətli məsələlər, kəndin ehtiyacları və şəxsi məişət çətinlikləri barədə danışaraq öz müraciətlərini diqqətə çatdırıblar. Qaldırılan məsələlər içərisində xüsusilə Ax-Ox çayı üzərində bənd-bərkitmə işlərinin aparılması tələbi ön plana çıxıb. Kənd sakinlərinin bu sahədə narahatlıqları diqqətlə dinlənilib, müvafiq strukturlar tərəfindən problemlərin operativ araşdırılacağı və həlli üçün zəruri addımların atılacağı bildirilib.

Görüşün sonunda Xanagah kəndinin sakinləri və rayon ictimaiyyətinin nümayəndələri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bölgəyə göstərilən yüksək diqqət və davamlı qayğıya görə öz səmimi minnətdarlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, son illər İsmayıllıda genişlənən sosial infrastruktur layihələri, kəndlərin inkişafı, kommunal xidmətlərin yaxşılaşdırılması dövlətin regionlara strategiyasının bariz təcəssümüdür.



Chosen
147
aia.az

1Sources