EN

Bakıda qadın sevgilisinin evinə basqın etdi, həyat yoldaşını döydü

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakıda qadın sevgilisinin həyat yoldaşına hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Gülçülük sovxozu" adlanan ərazidə baş verib. 1989-cu il təvəllüdlü Əfsanə Tağıyeva (soyadı şərtidir) kafedə işləməyə başlayıb. O, kafedə müştəri kimi tanıdığı Şahpur adlı şəxslə sevgili olub. Şahpur bir müddət Əfsanə ilə birlikdə yaşayıb və onların bir övladları da dünyaya gəlib.

Daha sonra Şahpur ondan ayrılaraq Rəsmiyyə adlı xanımla ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib. Şahpurun ailə həyatı qurmasından qıcıqlanan Əfsanə ona problemlər yaratmağa başlayıb. O bu məqsədlə Şahpurun həyat yoldaşının telefon nömrəsini taparaq, özünün Şahpurla birlikdə çəkdirdiyi şəkilləri qadına göndərib, ondan ayrılmasını tələb edib. Rəsmiyyə isə qadının hərəkətlərinə fikir verməyib, onun nömrəsini bloka atıb.

Bundan sonra Əfsanə axşam saatlarında Şahpurun yaşadığı ünvana gedib. O, qapını döyərək Şahpuru çağırıb. Şahpur qapını açanda həyat yoldaşı Rəsmiyyə də onun yanında olub. Əfsanə Rəsmiyyəyə hücum edərək ona zərbələr endirib. Daha sonra o, Rəsmiyyənin boğazından tutaraq boğmağa başlayıb. Şahpurun müdaxiləsindən sonra Əfsanə evdən çıxarılıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Ə.Tağıyeva min manat cərimə edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
cebheinfo.az

2Sources