"ASK Aqro" MMC ləğv olunduğunu elan edib və kreditorların iki ay ərzində tələblərini təqdim etməsi tələb olunur.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, tələblər Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında yerləşən və hazırda ləğv prosesində olan "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə göndərilməlidir.
Qeyd edək ki, "ASK Aqro" MMC 29 may 2018-ci ildə dövlət qeydiyyatına alınıb və hüquqi ünvanı Şəki rayonunun Öyrət kəndində, Qarasu ərazisində yerləşir. MMC 2 milyon 325 min 827 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Nizami Əbdürəhim oğlu Zamanovdur. Son reyestr çıxarışı 2025-ci il noyabrın 5-də verilib. Vergilər Xidmətinin məlumatına görə, şirkətin 3 min 667.17 manat məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Sənaye Korporasiyası" ASC ləğv edilərək korporasiyanın müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.