EN

Şabranda "Heydər Əliyev irsinin öyrədilməsi" mövzusunda məşğələ keçirilib

 

11 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev irsinin öyrədilməsi" mövzusunda tarixi dərslərin növbəti məşğələsi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ,"M.Ə.Rəsulzadə küçəsi 37” (Mədəniyyət Şöbəsi) Ərazi Partiya Təşkilatının sədri Təvəkgül Əliyev və rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq müstəqil Azərbaycan respublikasının banisi Heydər Əliyevin Azərbaycan Konstitusiyanın müəllifi olduğunu vurğulayıb qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin bizlərə əmanət etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olub. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq.

Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

 
 
Chosen
58
azreform.info

1Sources