EN

Rusiya Ukraynanın daha bir şəhərini ələ keçirdi KREMLİN BƏYANATI

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Seversk şəhərinin ələ keçirildiyini bəyan edib.

Jurnalistlərə açıqlama verən Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibə zonasındakı mövcud vəziyyətin müzakirə edildiyi iclasda iştirak edir. Həmin iclasda ona Donetsk vilayətinin Seversk şəhərinin ələ keçirildiyi barəsində məruzə edilib.

Peskov deyib: "Söhbət Seversk şəhərinin tamamilə bizim nəzarətimiz altına keçməsindən gedir. Bununla əlaqədar Prezidentə müfəssəl məruzə edilib".

Hürr Tərcüman

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
hurriyyet.az

2Sources