EN

Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb

Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb.

Baş nazir regionda baş verən müsbət dəyişikliklərin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.

Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əhəmiyyətli uğurlardan biri kimi dəyərləndirib.

Chosen
26
7
xalqcebhesi.az

10Sources