EN

İsti okeanlar Asiyada şiddətli yağışları və ölümcül daşqınları gücləndirib

Fırtınaların yaratdığı sel və torpaq sürüşmələri 1600-dən çox insanın həyatına son qoyub.

QHT.az xəbər verir ki, Ümumdünya Hava Atribusiyasının (WWA) təhlilinə görə, iqlim dəyişikliyinin yaratdığı okean istiləşməsi son həftələrdə Asiyada baş verən ölümcül daşqınlar və torpaq sürüşmələrinin əsas səbəblərindən biridir.

Alimlər bildirirlər ki, Şimali Hind okeanında dəniz səthinin temperaturu son onilliklərdə xeyli artıb və bu, Senjar və Ditva kimi siklonların daha güclü formalaşmasına şərait yaradıb. Nəticədə regionda 1600-dən çox insan həlak olub, yüzlərlə insan isə itkin düşüb. Mütəxəssislər vurğulayırlar ki, qlobal istiləşmə atmosferdə rütubəti artırır və bu da ekstremal yağıntıların ehtimalını yüksəldir.

Eyni zamanda urbanizasiya, yüksək əhali sıxlığı və infrastrukturun riskli zonasına yerləşdirilməsi fəlakətin miqyasını daha da genişləndirib. Siklon Ditva xüsusilə Şri-Lankada böyük dağıntılara səbəb olub və ölkə rəhbərliyi bunu “tarixin ən mürəkkəb təbii fəlakəti” adlandırır.

 

R.İmanov

Chosen
46
qht.az

1Sources