EN

“Miss Finlandiya” gözəllik kraliçası tacdan məhrum edildi - SƏBƏB

Finlandiyalı model Sara Dzafçe “Miss Finlandiya” gözəllik müsabiqəsinin qalibi titulundan məhrum edilib. Buna səbəb sosial şəbəkələrdə yayılan və onun asiyalılara qarşı istehza etdiyini göstərən foto olub.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, məlumatı müsabiqənin təşkilatçıları "Yle" portalına təsdiqləyib.

Kraliça titulu bundan sonra Tara Lehtonena verilib.

Sara Dzafçe rasizmdə ittiham olunub. Sosial şəbəkələrdə yayılan şəkildə o, gözlərini barmaqları ilə dartaraq asiyalılara satirik jest edir və paylaşımı “Çinli ilə yemək yeyirəm” sözləri ilə müşayiət edib.

“Miss Finlandiya” təşkilatçıları bəyanat yayaraq, hər cür ayrı-seçkilik və irqçi davranışın qəbuledilməz olduğunu vurğulayıblar. Onlar bu davranışdan narahat ola biləcək hər kəsdən üzr istəyib və müsabiqənin hörmət, bərabərlik, məsuliyyət və insan ləyaqəti prinsipləri ilə idarə olunduğunu qeyd ediblər.

Nuriyyə NATİQQIZI

Chosen
68
1
redaktor.az

2Sources