EN

Razer ilk oyun siçanını yenidən buraxdı

Siçan simvolik "ilan" dizaynını saxlayır, lakin süni dəri ilə örtülmüş unikal əsas düymələrə malikdir.

QHT.az xəbər verir ki, Razer 20 illik yubileyi münasibətilə 1999-cu ildə buraxılmış ilk oyun siçanı Boomslangın yenilənmiş versiyasını təqdim edib. Yeni model klassik dizaynını qorusa da, süni dəri ilə örtülmüş əsas düymələr, RGB işıqlandırma və simsiz şarj dokuna sahibdir. Siçan 45.000 DPI-lik Focus Pro 45K Gen-2 sensoru və 4-cü nəsil optik açarlarla təchiz olunub. Paketə USB-C kabeli, maqnitli şarj qurğusu və şüşə ayaqlar daxildir. Bu arada Logitech də Powerplay paneli ilə fasiləsiz enerji alan, “batareyası heç tükənməyən” siçanını təqdim edib.

 

R.İmanov

Chosen
10
qht.az

1Sources