EN

KİV: Trampın Rusiya və Çinlə ittifaq yaratmaq üçün gizli strategiyası var

ABŞ prezidenti də Avropanı “Tramp etmək” arzusundadır.

QHT.az xəbər verir ki, Tramp administrasiyasının yayılan məlumatlara görə G7-yə alternativ olaraq ABŞ, Rusiya, Çin, Hindistan və Yaponiyanın daxil olacağı yeni “Core 5” (C5) formatını yaratmaq istəyində olduğu bildirilir. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasının müəyyən bölmələri Avropaya qarşı tənqidi mövqeni gücləndirir və Trampa yaxın ideoloji xətti paylaşan ölkələrlə daha sıx əməkdaşlığı təşviq edir. Sızdırıldığı iddia olunan sənəddə Avropanın “ənənəvi həyat tərzini qorumağa çalışan” hərəkatların dəstəklənməsi çağırılır.

Rəsmi sənəddə isə NATO-nun genişlənməsinin dayandırılması və ABŞ-ın Avropa üzrə öhdəliklərinin azalması vurğulanır. Strategiya eyni zamanda Rusiyanı təcavüzkar aktor kimi deyil, ABŞ üçün mümkün tərəfdaş kimi qiymətləndirir.

 

R.İmanov

Chosen
30
qht.az

1Sources