EN

Özəlləşdirmə və icarədən dövlət büdcəsinə 168,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

2025-ci ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 50 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 999 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 127,1 milyon manat təşkil edib.

Bu dövr ərzində Dövlət Xidməti tərəfindən 604-ü qeyri-yaşayış, 3.952-si torpaq sahələri üzrə olmaqla 4.556 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 41,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə ümumilikdə 168,7 milyon manat vəsait daxil olub.

Chosen
60
12
vergiler.az

10Sources