EN

Polşa orduya ümumi səfərbərliyi bərpa edə bilər

Polşa 2009-cu ildə ləğv olunmuş ümumi hərbi mükəlləfiyyəti bərpa etməlidir.

Moderator.az xÉ™bÉ™r verir ki, respublikanın Milli tÉ™hlükÉ™sizlik bürosunun rÉ™hbÉ™ri Slavomir Sentskeviç bu barÉ™dÉ™ RMF FM radiostansiyasına açıqlamasında bildirib.

"Orduya çağırışı ləğv edənlərin onu bərpa etməsi üçün yaxşı zəmin yaranıb", - deyə məmur bildirib.

Onun sözlərinə görə, Polşada "təhlükə barədə açıq danışmağa başlamalı, o cümlədən cəmiyyəti bu təhlükələrə hazırlamalıdırlar".

Qeyd edək ki, Polşa vətəndaşlarının əksəriyyəti ümumi hərbi mükəlləfiyyətin bərpa olunmasının lehinədir. "Wirtualna Polska" saytının sifarişi ilə "United Surveys" mərkəzinin keçirdiyi sorğuya görə, respondentlərin 59.4% səfərbərliyin lehinə, 30.9% əleyhinə münasibət bildirib.

Chosen
30
1
moderator.az

2Sources