EN

SOCAR Green , Böyük Britaniya şirkəti və Dövlət Agentliyi müqavilə imzaladı

ain.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi - "SOCAR Green" MMC və Böyük Britaniyanın "Rapid Solutions" şirkəti Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin (ADSEA) obyektlərində enerji səmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıblar.

Bu barədə "SOCAR Green"dən məlumat verilib.

Bildirilib ki, müqavilə Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəri çərçivəsində keçirilən Yaşıl Enerji Tədbiri zamanı imzalanıb.

MüqaviləNİ "SOCAR Green"in baş direktoru Elmir Musayev və "Rapid Solutions"in direktoru Howard Lyn imzalaYıb.

Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini və səmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu, "SOCAR Green"in davamlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əks etdirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
marja.az

4Sources