EN

Konstitusiya Azərbaycanın dövlətçilik konsepsiyasının ana xəttini təşkil edir



"Ümummilli Lider Heydər Əliyevin təşəbbüsləri ilə qəbul olunmuş Konstitusiya Azərbaycanın dövlətçilik konsepsiyasının ana xəttini təşkil edir. Bu sənəd milli kimliyin qorunmasını, dövlət maraqlarının üstünlüyünü və xalq-dövlət birliyini təmin edir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səbinə Salmanova deyib. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi hüquqi və ideoloji istiqamət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələdə uğurla davam etdirilir:

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qələbə ilə başa çatan Vətən müharibəsi Heydər Əliyev məktəbinin həyatilik gücünü və ideoloji davamlılığını bir daha sübuta yetirib".

Deputat onu da bildirib ki, gənclər bu ideoloji və hüquqi sistemin əsas hədəf qrupu olmaqla yanaşı, həm də onun gələcək daşıyıcılarıdır:

"Gənclərin dövlət idarəçiliyinə və ictimai-siyasi proseslərə daha fəal cəlb olunması bu siyasətin uğurla davam etməsinin vacib şərtidir".

Süleyman
Chosen
22
1
newscenter.az

2Sources