EN

Keşikçidağ Dövlət tarix mədəniyyət qoruğunda kurqan aşkarlandı

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şamil Nəcəfovun rəhbərliyi ilə Keşikçidağ Dövlət tarix - mədəniyyət qoruğunun ərazisindəki arxeoloji qazıntılar Ceyrançölün Yovşanlıdərə adlanan hissəsində reallaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.

Hesabata görə, bu il aparılan tədqiqatlar zamanı qoruq ərazisində ilk dəfə orta tunc dövrünə aid kurqan aşkar edilib və qazılıb. Bu da ərazidə kurqan dəfnlərinin orta tunc dövründən icra edilməyə başladığını sübut etmişdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
2
bakivaxti.az

3Sources