EN

AzMİU-nun 50 illik yubileyi çərçivəsində yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi (FOTO)

Bakı.Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)yaradılmasının 50 illik yubileyi münasibətilə mühüm infrastrukturyeniliklərini özündə birləşdirən geniş tədbir keçirilib. Tədbirçərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyiilə iki Təlim-Tədris Mərkəzinin, həmçinin Turquoise MMC-nin dəstəyiilə İnşaat fakültəsində “İxtisaslaşmış auditoriya”nın açılışı baştutub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsiniziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Mərasim “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”fakültəsi və “Mexanika və İnformasiya texnologiyaları” fakültəsindəyeni yaradılan Təlim-Tədris Mərkəzlərində davam edib.

Rektor professor Gülçöhrə Məmmədova çıxışında bildirib ki,universitetin 50 illik yubileyi çərçivəsində həyata keçirilən bulayihələr gələcək mütəxəssislərin hazırlığında mühüm əhəmiyyət kəsbedir:

“Bu mərkəzlərin açılışı AzMİU-nun yarım əsrlik yubileyinə həsrolunmuş silsilə tədbirlərin mühüm hissəsidir. Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin rəhbərliyinə – xüsusilə Zaur müəllimMikayılova – göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm.Su təsərrüfatı, meliorasiya və hidrotexniki tikinti sahələrininbütün istiqamətləri üzrə ölkəmizdə mütəxəssis hazırlayan yeganə alitəhsil müəssisəsi olaraq bu əməkdaşlıq bizim üçün stratejiəhəmiyyət daşıyır”.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlhamBayramov, Agentlik rəhbəri cənab Zaur Mikayılovun salamlarınıtədbir iştirakçılarına çatdıraraq bildirib ki, Agentlik AzMİU iləəməkdaşlığı gücləndirmək niyyətindədir:

“Bu Təlim-Tədris Mərkəzlərinin yenidən qurulması biziməməkdaşlığımızın ilk addımıdır. Su təsərrüfatı və meliorasiyasahəsində bəzi istiqamətlərdə mütəxəssis çatışmazlığı mövcuddur. Busəbəbdən AzMİU ilə əməkdaşlığın genişləndirilməsi, tələbələrinistehsalat təcrübələrinin Agentlikdə təşkili və elmi-tədqiqatsahələrinin birgə inkişafı xüsusi əhəmiyyət kəsb edir”.

“Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri”fakültəsinin dekanı dossent Elgiz Həsənov yeni mərkəzin Meliorasiyamühəndisliyi və Hidrotexniki tikinti üzrə yüksək hazırlıqlıkadrların yetişdirilməsinə ciddi töhfə verəcəyini vurğulayıb.

“Mexanika və İnformasiya texnologiyaları” fakültəsinin dekanıdossent Sabir Məmmədov isə fakultənin mövcud ixtisaslar haqqındaməlumat verərək Agentliklə əməkdaşlığın bu ixtisasların tədriskeyfiyyətinin artırılması üçün geniş imkanlar açdığını qeydedib

Dekan, həmçinin tələbələrin istehsalat təcrübələrinin Agentlikləəməkdaşlıq çərçivəsində daha sistemli və effektiv təşkilolunacağına ümidvar olduğunu bildirib.

Tədbirin davamı olaraq AzMİU-nun İnşaat fakültəsində yeni“İxtisaslaşmış auditoriya”nın açılışı baş tutub. AuditoriyaTurquoise MMC-nin dəstəyi ilə müasir standartlara uyğun şəkildətəchiz edilib və ağıllı lövhə ilə təmin olunub.

Şirkətin Baş direktoru Ali İhsan Genç görülən işlərə dairməlumat verib və universitetlə uzunmüddətli əməkdaşlıqdanməmnunluğunu ifadə edib.

Rektor professor Gülçöhrə Məmmədova şirkətə təşəkkür edərəkbildirib ki, Turquoise MMC ilə illərdir davam edən əməkdaşlıqnəticəsində AzMİU-da tədris mühitinin modernləşdirilməsiistiqamətində mühüm addımlar atılıb.

Tədbir iştirakçıları yeni mərkəz və auditoriyalarda yaradılmışşəraitlə yaxından tanış olmuş, onların müasir avadanlıq və proqramtəminatı ilə təmin olunmasını yüksək qiymətləndirmişlər.

Açılışlardan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyiilə AzMİU arasında əməkdaşlığın daha da genişləndirilməsi,tələbələrin təcrübə və staj proqramlarının, eləcə də birgəlayihələrin artırılması ilə bağlı müzakirələr aparılıb və ilkinrazılıq əldə olunub.

AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
AzMİU-nun
Məqalədə:
Chosen
14
4
az.trend.az

5Sources