EN

Yer kürəsində maqnit fırtınası başlayıb

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat verib. Fırtınaya səbəb gözlənilmədən Yerə çatan günəş plazmasının partlaması olub. Alimlərin açıqlamasına görə, plazma buludu əvvəlcə uzaqlaşıb, lakin sonra Yer kürəsinin yaxınlığında peyda olaraq planetə kifayət qədər güclü zərbə endirib və maqnitosferdə şiddətli reaksiyaya səbəb olub. “Bu plazmanın gəlməsinin modellərdə əks olunmaması uzunmüddətli proqnoz verməyə mane olur. Lakin güclü fırtınalar gözlənilmir, çünki zərbə buludun kənarından gəlir. Buna baxmayaraq, dekabr ayı ərzində Günəşdə hər şey qeyri-sabitdir və hər şey baş verə bilər”, – laboratoriyanın açıqlamasında qeyd olunub.

 

Chosen
24
Ajans.az

1Sources