EN

TƏBİB ə müraciət qaydası açıqlanıb

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan mediaturda məlumat verib. O diqqətə çatdırıb ki, 2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub: "Müraciətlərdən 11 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib". Zamirə Ədilova bildirib ki, müraciətlər əsasən müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub. Department rəhbərinin sözlərinə görə, son dövrdə şikayət xarakterli müraciətlərin sayı kəskin azalıb. AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
10
azvision.az

10Sources