EN

Dövlət qurumu 23,6 milyon manatlıq bank xidməti alır

"Dövlət Sosial Müdafiə Fondu" Publik Hüquqi Şəxsi (VÖEN – 1300050781) açıq müsabiqə elan edir.

FED.az xəbər verir ki, müsabiqənin predmeti DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 23 milyon 573 min 3 manat 90 qəpik təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 4 fevral 2026-cı il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.

İştirak haqqı 3535,95 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Zahir Əliyev - Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri
[email protected]
+994 50 688 00 84

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 4 fevral 2026-cı il, saat 17:00-a qədər Həsən bəy Zərdabi 80 ünvanına təqdim edə bilər.

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

Kod

1

Ödənişlərin illik məbləği:

Karta köçürmə üzrə xidmət haqqına dair təklif

4.610.462.391

ədəd

95121513

2

Əmək haqqının illik məbləği:

Əmək haqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsaitə görə

104.138.388

ədəd

84111505

Chosen
2
4
fed.az

5Sources