EN

Azərbaycanın Səhiyyə Nazirliyində Britaniyanın nümayəndə heyəti ilə görüş keçirilib

Bakə. Trend:

Səhiyyə Nazirliyində Böyük Britaniyanın Azərbaycan və MərkəziAsiya üzrə ticarət elçisi Lord Con Alderdaysın başçılıq etdiyinümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə, həmçinin Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Böyük BritaniyanınBiznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirreliştirak ediblər.

Qonaqları salamlayan səhiyyə naziri Teymur MusayevAzərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaftendensiyasına malik olduğunu qeyd edib. Ümummilli lider HeydərƏliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləriölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığınəsas sütununun təşkil etdiyi xüsusən vurğulanıb. Nazirin sözlərinəgörə, ölkələrimiz arasında bir çox sahəni ehtiva edən çoxşaxəlidinamik inkişaf edən münasibətlər mövcuddur.

Prezident İlham Əliyevin vətəndaşların sağlamlığının qorunmasınahər zaman xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan TeymurMusayev deyib:

“Şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğı dövlətsiyasətinin əsas prioritet istiqamətlərindəndir. Eyni zamanda,nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində veteranlarımızüçün bir çox tibbi xidmətlər göstərilir”.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdəelmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişafetdiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Lord ConAlderdays Britaniyanın Azərbaycanla münasibətlərinin inkişafetdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Onun sözlərinəgörə, bu münasibətlər təkcə ticarət və investisiyalarlaməhdudlaşmır, eyni zamanda uzunmüddətli tərəfdaşlıq və qarşılıqlıfaydalı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Azərbaycan dövlətinin şəhid ailələri və müharibə veteranlarınagöstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən Lord ConAlderdays Böyük Britaniyanın bu istiqamətdə də müvafiq dəstəkgöstərməyə hazır olduğunu vurğulayıb.

Konstruktiv anlaşma şəraitində keçən görüş zamanı, həmçininqarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsiaparılıb.

Azərbaycanın
Chosen
7
az.trend.az

1Sources