Ermənistanın İstintaq Komitəsi İrəvandakı “Artsax nümayəndəliyi”nin ofisində axtarışlar aparır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Mənim şərəfim var" fraksiyasının katibi Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.
O, həmçinin qeyd edib: "Azərbaycan Ermənistan hakimiyyətinə təzyiq göstərərkən, "Qərbi Azərbaycan" konsepsiyasını irəli sürərkən və azərbaycanlıların geri qayıtması ilə hədə-qorxu gələrkən, Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə daha bir addım atır".
O, bu hadisəni Qarabağdan köçən ermənilərin geri qayıtması ilə bağlı dünən parlament dinləmələrindən bir gün sonraya təsadüf etdiyini vurğulayıb.