EN

"Putin və Uitkoff Rusiya ilə ABŞ arasındakı anlaşılmazlıqları həll ediblər" - Lavrov

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Kremldə görüşərək Alyaska sammitindən sonra yaranan anlaşılmazlıqları həll ediblər. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsi ilə bağlı səfirlərlə keçirilən dəyirmi masa zamanı bildirib.

Nazir qeyd edib ki, görüşün yekununda həm Rusiya, həm də ABŞ tərəfi “Alyaskada əldə olunan qarşılıqlı anlaşmaları” bir daha təsdiqləyib. O əlavə edib ki, ABŞ hakimiyyəti Ukrayna böhranının həllinə maraqlıdır:

“Ankoricdən sonra müəyyən fasilə yarandı. İndi Ukrayna məsələsi ilə bağlı amerikalılarla apardığımız danışıqlarda mən şəxsən inanıram ki, anlaşılmazlıqlar aradan qaldırılıb”, – Lavrov TASS agentliyinə bildirib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
47
missiya.az

1Sources