Bakı. Trend:
ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sülh planı Azərbaycan iləErmənistan arasında münasibətlərin normallaşdırılması üçün etibarlıəsasdır.
Trend bu barədə"Moody’s" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
“Azərbaycan ilə Ermənistan arasındakı konfliktlə bağlı risklərhələ də davam edir. Lakin bizim zənnimizcə, konflikt o həddə qədəreskalasiya etməyəcək ki, bu, siyasət formalaşdırma prosesiniəhəmiyyətli dərəcədə ləngitsin və ya 2026-cı ildə ölkələriniqtisadi və fiskal perspektivlərinə mənfi təsir göstərsin.
ABŞ-nin vasitəçiliyi ilə 2025-ci ilin avqust ayında Ermənistanvə Azərbaycan arasında əldə olunmuş sülh planı ikitərəflimünasibətlərin normallaşdırılması üçün etibarlı əsas yaradır”, –"Moody’s"in hesabatında vurğulanıb.
Reytinq agentliyi qeyd edir ki, bu risklər tərəflərin güclüiqtisadi artımını poza bilməz.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.