EN

Kiyevdə Azərbaycana aid heykəllərin qoruyucu çəpərlərlə mühafizəsi işləri davam etdirilir FOTO VİDEO  

Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri davam etdirilir.

AZƏRTAC-ın xüsusi müxbirinin məlumatına görə, artıq Ümummilli Lider Heydər Əliyevin səfirliyin qarşısındakı heykəlinin qorunması üçün üzlənmə işləri başa çatdırılıb. Hazırda Heydər Əliyev parkında yerləşən fəvvarənin üzlənməsi işləri həyata keçirilir.

Bundan başqa akademik Zərifə xanım Əliyevanın İrpen şəhərinin “Dostluq” parkındakı abidəsi, eləcə də Kiyevdə Nəsiminin, Səməd Vurğunun və Müslüm Maqomayevin abidələrinin də qoruyucu çəpərlərlə üzlənməsi həyata keçiriləcək.

Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.

Chosen
40
3
azerbaijan-news.az

4Sources