EN

Masazırda məktəbin qarşısında lük problemi: “Neçə nəfər ora düşüb, ağzını bağlamırlar“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Abşeron rayonu, Masazır qəsəbəsi, 4 nömrəli tam orta məktəbin qarşısında ağzı açıq qalan lük, palçıqlı yollar sürücülər, sakinlər, xüsusən məktəblilər üçün problemə çevrilib.

Sakinlər bu vəziyyətdən şikayət ediblər. Onlar "Neçə nəfər lükə düşüb, ağzını bağlamırlar", "Uşağım dəfələrlə yıxılıb, üstü-başı palçıq olub, məcbur oluram ki, onu məktəbə özüm gətirim" - deyə gileyləniblər.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, problemdən xəbərdardırlar və məsələ qısa müddət ərzində həllini tapacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
moderator.az

2Sources