EN

Bakıda valideynlər məktəbin bağlı qalmasına görə etiraza qalxdılar

Bakıda övladları Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında təhsil alan bir qrup valideyn etiraza qalxıb.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, onlar təhsil ocağında aparılan tikinti işlərinin ləng aparılmasına etiraz ediblər.

Valideynlər bildiriblər ki, övladları təmir işləri ilə əlaqədar ötən ildən etibarən 189 və 190 nömrəli orta məktəblərdə təhsillərini davam etdirirlər. Ancaq bu məktəblərin şagird tutumu məhdud olduğu üçün Gimnaziyadan gələn məktəblilər orada əziyyət çəkərək normal, keyfiyyətli təhsil almaq hüququndan məhrum olublar. Bir il yarımdır ki Gimnaziya şagirdləri təhsil almaq hüququndan məhrum olublar.

Gimnaziyanın şagirdləri köçürüldükləri təhsil ocağında yer yoxdur deyə rəsm dərslərini onlayn keçirlər. Valideynlər rəsm dərsinin onlayn keçirilməsinin absurd olduğunu və bu cəhətdən məktəblilərin ixtisas dərslərindən çox geri qaldıqlarını deyirlər.

Qeyd edək ki, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası 2024-cü ilin iyun ayından təmirə bağlanıb. Təmirə bağlandıqdan sonra 1 il yarım keçməsinə baxmayaraq təhsil ocağı hələ də istifadəyə verilməyib. Təmir işləri ləng aparılır.

Orxan Hüseyn

Chosen
38
1
far.az

3Sources