EN

Qırğızıstanda ölüm cəzası təklifi dəstəklənməyib

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Qırğızıstanın Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının dövlətin fundamental dəyəri olduğunu və zəiflədilə bilməyəcəyini vurğulayıb. Qərarda vurğulanır ki, konstitusiya ölkənin hüquq sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə əməl etmək tələbini qoyur. “Bununla əlaqədar olaraq qanun layihəsi referenduma çıxarıla bilməz və təşəbbüsün həyata keçirilməsi ilə bağlı bütün prosedurlara xitam verilir”, - Qırğızıstan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir. Xatırladaq ki, bu il oktyabrın 1-də Qırğızıstan prezidenti Sadır Japarov uşaqların zorlanmasına, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm cəzasını tətbiq edən qanun layihəsinin hazırlanmasına göstəriş vermişdi. Qərarın verilməsinə İssık-Kulda 17 yaşlı qızın vəhşicəsinə öldürülməsi səbəb olub. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
azvision.az

1Sources