EN

Kiyev bu halda Donbasdan imtina edə bilər

Rusiya qarşılıqlı güzəştə gedərsə, Ukrayna öz ərazilərindən imtina edə bilər.

Azreform.info “The Telegraph”a istinadən xəbər verir ki, Ukrayna tərəfindən danışıqlarda iştirak edənlər bu addımın Kiyev üçün qəbuledilməz olduğu bildirsələr də, Moskvanın qarşılıqlı güzəştlər müqabilində ərazilərdən imtina etmə ehtimalını da istisna etməyiblər.

Nəşrin məlumatına görə, ABŞ-ın Ukraynaya zəmanət məsələsi danışıqlarda əngəl olaraq qalır. Mənbələr bildirirlər ki, Amerika tərəfi Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Kiyevə ərazi iddialarından əl çəkməsi üçün təzyiqləri artırır.

Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski sülh planının 28-dən 20-yə endirildiyini və tərəflərin hələlik ərazi məsələlərində kompromis əldə edilmədiyini açıqlayıb. ABŞ dövlət katibi Marko Rubionun sözlərinə görə, Rusiya və Ukrayna münaqişənin həlli danışıqları zamanı Donetsk ərazisinin 20%-i, yəni 30-50 kilometrlik ərazisi barədə razılığa gələ bilmirlər.

Mürtəza

Chosen
41
2
azreform.info

3Sources