EN

İngiltərənin vətəndaşlıq siyasəti irqçiliyə səbəb olur

İngiltərə hökumətinin Birləşmiş Krallığın (Böyük Britaniya, Şotlandiya, Uels, Şimali İrlandiya) vətəndaşlarını kütləvi şəkildə vətəndaşlıqdan çıxarma siyasəti, "The Runnymede Trust" və “Reprieve” insan haqları təşkilatlarının hazırladığı hesabatda “irqi ayrı-seçkilik daşıyan iki mərhələli sistem” kimi xarakterizə olunub.

"Cebheinfo.az" xəbər verir ki, hesabata görə, Birləşmiş Krallıq bu miqyasda vətəndaşlıq ləğvi həyata keçirən yeganə G20 ölkəsidir. 

2010-cu ildən bəri “ictimai maraqlar” səbəbilə 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib. Bu rəqəm dünyada yalnız Bəhreyn və Nikaraqua tərəfindən keçilib. 

Müqayisə üçün, Fransa 2002-2020-ci illər arasında bu səlahiyyətdən cəmi 16 dəfə istifadə edib.Bildirilir ki, ikili vətəndaşlığı olan britaniyalılar və ya sonradan vətəndaşlıq alan şəxslər çox məhdud sübutlara çıxış imkanları ilə və hökumət tərəfindən məlumatlandırılmadan vətəndaşlıqdan çıxarıla bilirlər.

Ən tanınmış nümunələrdən biri, BMT ekspertlərinə görə uşaq yaşlarında İŞİD tərəfindən qaçırıldığı düşünülən Şamima Bequm kimi şəxslərdir.O və onun kimilər illərdir Suriyada heç bir ittiham və ya məhkəmə olmadan saxlanılır.

Qeyd olunur ki, qeyri-müəyyən qanunlar səbəbilə İngiltərə əhalisinin 13 faizinə, təxminən 9 milyon insana vətəndaşlıqdan çıxarılma riski mövcuddur.

Bundan əlavə, qaradərili, Cənubi Asiyalı, Orta Şərqli və Şimali Afrikalı britaniyalıların ağdərili vətəndaşlara nisbətən 12 dəfə daha çox hədəf alındığı qeyd olunur.

Daxili İşlər Nazirliyi isə bu nəticələri “qorxu yaymaq və yanlış məlumat” kimi qiymətləndirərək rədd edib.Parlamentdə keçirilən iclasda müxtəlif partiyalardan siyasətçilər bu sistemi sərt şəkildə tənqid ediblər.

Mühafizəkar Partiyanın millət vəkili ser Endryu Mitçel bildirib:

“Bu gün var, sabah yox, bir siyasətçinin bir qələmlə vətəndaşlığı ləğv etməsi və bunu şəxsin özünə bildirməməsi qəbuledilməzdir”.

O, Birləşmiş Krallığın bu səlahiyyətdən dünyada ən çox istifadə edən ölkələrdən birinə çevrildiyini vurğulayıb.

Chosen
13
1
cebheinfo.az

2Sources