futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Rusiyanın “Ural” klubuna baş məşqi təyin edilib. Bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
“Ural” Rusiya I Liqasında 21 turdan sonra 41 xalla ikinci sırada qərarlaşıb. Komanda lider “Fakel”dən 7 xal geridədir.
Berezutski 2024/25 mövsümündə “Sabah”a rəhbərlik edib. O, “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.