EN

Azərbaycanın xarici ticarət dövriyyəsi 40 milyard dollara yaxınlaşıb

BAKI, 11 dekabr. TELEQRAF

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard 913,9 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslər dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən isə idxal baş tutub.

Ticarət dövriyyəsinin 20 milyard 688,7 milyon dollarını və ya 51,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19 milyard 225,2 milyon dollarını (48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 463,5 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artıb, real ifadədə isə 7,9 faiz azalıb. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 987,8 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artıb, real ifadədə isə 17,7 faiz azalıb.

Chosen
16
teleqraf.com

1Sources