EN

Kadir İnanır uzun aradan sonra əlil arabasında görüntüləndi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər səhhətində problem yaşayan "Yeşilçam"ın ulduzu Kadir İnanır uzun aradan sonra görüntülənib.

Axşam.az xəbər verir ki, aktyorun əlil arabasında olan fotosu sosial mediada yayılıb. 

Qeyd edək ki, K.İnanır "Utanç", "Kara gözlüm", "Selvi boylum, al yazmalım", "Ah güzel İstanbul ", "Dikenli yol", "Yedi uyuyanlar", "Tatar Ramazan, "Tatar Ramazan sürgünde", "Gönderilmemiş mektuplar " kimi bir çox ekran işində rol alıb. O, ümumilikdə 182 filmdə, 12 serialda çəkilib. 

Kadirin tərəf müqabilləri arasında "Yeşilçam" aktrisaları Türkan Şoray, Fatma Girik, Müjde Ar kimi məşhur adlar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
77
1
axsam.az

2Sources