EN

Aİ ilə Ermənistan arasında imzalanan sənəd Ermənistanın iddialarını legitimləşdirməyə yönəlib - Azər Qarayev

Bakı. Trend:

Dekabrın 2-də Brüsseldə keçirilmiş Aİ–Ermənistan TərəfdaşlıqŞurasının VI iclasından sonra açıqlanan "Avropa İttifaqı-ErmənistanTərəfdaşlığı üçün Strateji Gündəliyi" Cənubi Qafqaz üçün növbətiyeddi ilin çərçivə sənədi kimi təqdim olunur. Lakin sənədin məzmunugöstərir ki, Avropa İttifaqı regionda neytral vasitəçi rolunudeyil, daha çox birtərəfli siyasi yanaşmanı üstün tutur. Sənədinstrukturu və vurğuları regional reallıqları deyil, Ermənistanıniddialarını legitimləşdirməyə yönəlmiş tendensiyanı ehtivaedir.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Bu, yalnız diplomatik balansın pozulması deyil - Brüsselinsiyasi seçiciliyinin postmünaqişə dövrünün həssas dinamikasınaciddi təsir göstərə biləcək addımıdır. Sənəddə "Azərbaycanın hərbiəməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri"ifadəsinin işlədilməsi faktların açıq şəkildə təhrifidir.Beynəlxalq qurumların, o cümlədən BQXK-nın açıqlamalarına əsasən,həmin şəxslərin bölgəni tərk etməsi tamamilə könüllü xarakterdaşıyırdı və bu, Azərbaycan tərəfindən təklif olunmuş reinteqrasiyaprosesindən imtinadan sonra baş verdi. Bu şəxslərin "qaçqın" kimiqələmə verilməsi isə hüquqi müstəvidə gələcəkdə manipulyasiyalarazəmin yaradır. Beləliklə, Aİ sənədi postmünaqişə reallıqlarınadeyil, Ermənistanın siyasi narrativinə əsaslanır", - deyə A.Qarayevbildirib.

Politoloq qeyd edib ki, sənəddə Aİ-nin Beynəlxalq ƏdalətMəhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektivhəyata keçirilməsinin dəstəklənməsi xüsusi qeyd olunur. Lakinburada əsas problem - yalnız Ermənistanın iddialarının nəzərəalınması, Azərbaycanın qarşı tərəfə yönəltdiyi haqlı hüquqitələblərin isə tamamilə gözardı edilməsidir.

"Halbuki Vaşinqtonda paraflanmış sülh sazişi bu məsələlərin ikiölkə arasında birbaşa həllini nəzərdə tutur. Aİ-nin sənədi isə bubalanslı hüquqi mexanizmi pozur və münaqişənin hüquqi çərçivəsinəüçüncü tərəfin müdaxiləsi riskini artırır. Aİ sənədində Azərbaycanməhkəmələri tərəfindən insanlıq əleyhinə və hərbi cinayətlərə görəittiham olunaraq məhkum edilmiş şəxslərin "əsirlər" kimigöstərilməsi isə daha bir absurd və açıq siyasi manipulyasiyanümunəsidir. Bu yanaşma nə hüquqi məntiqə, nə də beynəlxalqhumanitar hüquq normalarına uyğundur. Belə bir təhrif təkcə məhkəməqərarlarının siyasiləşdirilməsi deyil, həm də qurbanlarınhüquqlarına qarşı hörmətsiz yanaşmadır", - o bildirib.

Onun sözlərinə görə, sənəddə Ermənistanın regionda konsensusdanməhrum olan “sülh kəsişməsi” təşəbbüsünə sərt siyasi dəstəkgöstərildiyi halda, 8 avqust Vaşinqton sammitində razılaşdırılmışvə real beynəlxalq legitimliyi olan TRIPP – “Trump Route forInternational Peace and Prosperity” layihəsinin adının beləçəkilməməsi təsadüfi deyil.

"Bu, Aİ-nin regiondakı nəqliyyat-kommunikasiya gündəliyiniobyektiv iqtisadi əsaslarla deyil, siyasi simpatiyalarla müəyyənetdiyini göstərir. Ermənistanın öhdəliklərini yerinə yetirməkniyyətinə dair suallar da məhz buradan doğur. Sülh sazişinin 7-cimaddəsi Azərbaycan və Ermənistan sərhədində üçüncü tərəfin hərbi vəya müşahidə qüvvələrinin yerləşdirilməsini qadağan edir. Bunabaxmayaraq, Aİ sənədi EUMA müşahidə missiyasının davamlılığının vəoperativliyinin artırılmasını prioritet elan edir. EUMA-nınfəaliyyəti artıq sadəcə monitorinq deyil, Ermənistanın siyasiarqumentinə çevrilən alətə çevrilib. Bu isə regionda yeni gərginlikmənbəyi formalaşdırır və sülh prosesinə töhfə vermir", - obildirib.

A.Qarayev vurğulayıb ki, Aİ-Ermənistan sənədi deklarativ olaraqregional sabitlikdən bəhs etsə də, mahiyyət etibarilə postmünaqişədövründə formalaşmış pozitiv dinamikanı zəiflədərək sülh prosesinimürəkkəbləşdirir.

"Sənəd mövcud reallıqlara deyil, Ermənistanın siyasigözləntilərinə uyğunlaşdırılıb və bu, Vaşinqtonda əldə olunmuşrazılaşmaların ruhuna ziddir. Cənubi Qafqazda dayanıqlı sülh yalnızbalanslı, faktlara əsaslanan və tərəflərin suveren hüquqlarınahörmət edən platforma üzərində mümkündür. Azərbaycan bu prosesəsadiqliyini nümayiş etdirib. İndi həm Aİ, həm də Ermənistanınüzərinə düşən öhdəlik - sənəddəki təhrifləri aradan qaldırmaq vəregionu geriyə yox, irəli aparan real əməkdaşlıq gündəliyinəqayıtmaqdır", - politoloq əlavə edib.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources