EN

10 minlərlə vətəndaş TƏBİB ə üz tutdu Çağrı Mərkəzində son durum

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"2025-ci ilin noyabr ayı ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub".

Milli.Az xəbər verir ki, bunu Xəzər Tibb Mərkəzinə təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 11 508-i dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Digər 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib:

"Daxil olan müraciətlərin mövzusuna gəlincə, müraciətlər əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub".

Mina Mikayılova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
10
news.milli.az

10Sources