EN

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

Bakı. Trend:

ABB ölkəmizdə ilk dəfə mühüm bir investisiya imkanını təqdimedib. İndi ABB mobile vasitəsilə ABŞ istiqrazlarına da investisiyaetmək mümkündür. Hər bir ABB mobile istifadəçisi birbaşa ABŞ dövlətvə korporativ istiqrazlarına investisiya edə bilər. ABŞistiqrazları ABŞ dollarında sabit faiz gəliri təmin edən, səhmlərləmüqayisədə qiymət dəyişkənliyi nisbətən aşağı olan, qısa (1ilədək), orta (3-5 ilədək) və uzunmüddətli (5 ildən çox)investisiya alətləridir.

Tətbiq üzərindən ABŞ istiqrazlarını ən kiçik həcmdə belərahatlıqla əldə edə və ehtiyac olduqda sata bilərsiniz. ABŞistiqrazlarına ABB mobile tətbiqi ilə investisiya etməyin digərüstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi, tam rəqəmsaltəcrübə ilə həyata keçirilməsidir. Müştərilər bununla risksiz (ABŞdövlət istiqrazları) və az riskli (yüksək kredit reytinqli),təhlükəsiz və valyuta əsaslı gəlir əldə etmək imkanıqazanırlar.

ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylıimkanlarından faydalanmaq, o cümlədən tətbiq üzərindən yerli vəxarici kapital bazarlarına investisiya yatırmaq olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldəetmək olar.

Məqalədə:
Chosen
19
9
az.trend.az

10Sources