Bakı. Trend:
Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiyavə Okeanoqrafiya İdarəsinin nümayəndə heyəti Azərbaycana səfəredib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan HDQ-ninqərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiyaməlumatlarının hazırlanması, beynəlxalq standartların tətbiqi vətəcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti AzərbaycanHDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafikməlumatların toplanması və emalı, S-101 ENC xəritələrininhazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiyasistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb,təcrübələrini bölüşüblər.
Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakımövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasındahidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgəfəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyiniqeyd ediblər.