EN

“Sabah”ın sabiq baş məşqçisinin yeni klubu bilindi

BAKI, 11 dekabr. TELEQRAF

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutskinin yeni klubu müəyyənləşib.

Teleqraf xəbər verir ki, 43 yaşlı mütəxəssis “Ural”ın baş məşqçisi təyin olunub.

O, bu postda istefaya göndərilən Miroslav Romaşenkonu əvəzləyib.

Qeyd edək ki, Vasili Berezutski 2024/25 mövsümündə "Sabah"ın baş məşqçisi olub. O, “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.

Chosen
51
teleqraf.com

1Sources