EN

9-cu mikrorayon sakini şikayətçidir: Kanalizasiya suları vətəndaşın evinə axır

[center][/center]

Binanın kanalizasiya suları vətəndaşın evinə axır.

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 55 ünvanında yerləşən binanın sakini Musa Vəliyev deyir ki, həftənin fərqli günlərində bu problemlə üz-üzə qalır. Səbəb kimi də binanın kanalizasiya borularının istismar müddətinin başa çatdığını əsaslandırır.

Musa Vəliyev deyir ki, evinin müxtəlif yerlərindən kanalizasiya suyu çıxaması ilə bağlı əlaqədar qurumlara müraciət edib. Lakin ya gələcəyik deyiblər, ya da ümumiyyətlə müraciəti qeydə alınmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatından bildirildi ki, qeyd olunan məsələ ilə bağlı məlumat müvafiq su kanal idarəsinə verilib. Əraziyə briqada cəlb ediləcək araşdırma edildikdən sonra lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
14
2
yenisoz.az

3Sources