EN

"Qızımın 23 yaşı olacaq, elçilər gəlmir"

"Elə şeylər yazırlar ki... Elə diqqətlə yanaşırlar ki, sənin görmədiyini yazırlar. Evimlə bağlı görüntü yayıldı. Hamı yazdı, tənqid etdi. Biri şərh yazmışdı ki, adam 41-45-ci ildən oxuyur, olmasın?".

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib. Müğənni yazılan şərhlərdən danışıb.

V.Məhərrəmli qızı Əfşanla bağlı sualları cavablandırıb. O, bildirib ki, övladı onun haqqında efirdə danışmasına qadağa qoyub:

"Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm. Çünki sağlam övladım var. Əgər övladın səhər oyanır, özü əl-üzünü yuyur, özü məktəbə gedirsə buna şükür etmək lazımdır. Allah heç bir valideyni övladla imtahana çəkməsin. Göz önündə övlad əziyyət çəkir, hər hansı bir məhdudiyyəti var, ata-ana onunla bərabər əriyir. Amma övlad sağlam olanda özünü varlı adam hiss etməlisən.

Chosen
25
2
publika.az

10Sources