Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Bu nümunəni biz - Quşçu Ayrım kəndinin sakinləri öz həyatımızda aydın görürük.
Kəndimizin sakinləri ilə keçirilən səyyar görüşdə rayon rəhbərliyindən 8 kilometr uzunluğunda kəndarası avtomobil yolunun cari təmirinə kömək göstərilməsini və yaşadığım məhəllədə avtomobil yolunun üzərindən keçən qaz borusunun yerinin dəyişdirilməsini xahiş etdim. Rayon rəhbəri hər iki məsələyə həssaslıqla yanaşaraq müvafiq təşkilatlara tapşırıqlar verdi. Qısa vaxt ərzində hər iki problem həll olundu. Təki belə ola həmişə.
Salman QULİYEV,
Qazax rayonunun Quşçu Ayrım kəndinin sakini