EN

Kaliforniya qubernatoru Trampın qandalda olduğu süni video yayımlayıb

Nyusom Ağ Evin paylaşımına cavab olaraq süni intellektlə yaradıldığı ehtimal edilən kadrları təqdim edib…

Poliqon xəbər verir ki, Kaliforniyanın qubernatoru Qevin Nyusom sosial şəbəkə X-də ABŞ prezidenti Donald Tramp və ölkənin müharibə naziri Pit Hegsetin qandalda göstərildiyi videonu paylaşıb. Kadrlarda Tramp və Hegsetin üz cizgiləri tanınsa da, tam oxşarlıq olmadığı üçün həmin görüntülərin süni intellekt tərəfindən yaradıldığı ehtimal edilir.

Nyusom bu paylaşımı Ağ Evin X sosial şəbəkəsində qeyri-leqal miqrantlara qarşı “qandallama mövsümünün başlandığı” barədə etdiyi posta cavab kimi yayıb. O, buna qarşı ironiya ilə reaksiya verərək Tramp və Hegseti qandalda göstərən videonu ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, oktyabrın sonunda Qevin Nyusom növbəti ABŞ prezident seçkilərində Demokrat Partiyasının namizədi olmaq arzusunda olduğunu bəyan etmişdi. O, bu qərarla bağlı yekun mövqeyinin gələn il keçiriləcək aralıq seçkilərin nəticələrindən sonra müəyyənləşəcəyini demiş, həmçinin özünü demokratlar üçün yeganə namizəd hesab etmədiyini vurğulamışdı.

Digər tərəfdən, Donald Tramp üçüncü prezidentlik müddəti ehtimalı ilə bağlı sualları cavablandırarkən, bu barədə ciddi düşünmədiyini, lakin reytinqlərinin “indiyə qədərki ən yüksək səviyyədə” olduğunu bildirmişdi.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources