ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) təsis sənədinə elə dəyişikliklər edilməsini tələb edir ki, həmin sənəd ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə dair istintaq aparılmasını qadağan etsin.
APA xəbər verir ki, bu barədə Reuters Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Prezident Donald Trampın administrasiyası qurumun təsis sənədinə dəyişiklik edilməsini istəyir ki, məhkəmə nə respublikaçı prezidentə, nə də onun yüksək vəzifəli rəsmilərinə qarşı istintaq apara bilməsin”, - məlumatda deyilir.
Agentliyin məlumatına görə, Vaşinqton həmçinin İsrail rəhbərliyi və ABŞ qoşunlarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı aparılan araşdırmaların dayandırılmasını tələb edir. Əks halda ABŞ BCM rəsmilərinə və məhkəmənin özünə qarşı yeni sanksiyalar tətbiq edə bilər.