EN

“Norveç futbolu sürətlə inkişaf edir”

Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının əsas mərhələsində “Budyo Qlimt”  qarşısında oyun ərəfəsində rəqibə hörmətini bildirib.

90deqiqe.Az-ın məlumatına görə, Kovaç vurğulayıb ki, Norveç komandası əsla aşağı qiymətləndirilə bilməz:

“Bu, Çempionlar Liqasına müntəzəm qatılan bir komanda deyil. Amma analizlərimiz göstərir ki, əvvəlki oyunlarda onlar hər zaman uğura yaxın olublar. Onlar sürətli futbol oynayır və əks-hücumlara tez çıxırlar”, – deyə xorvatiyalı mütəxəssis bildirib.

O, həmçinin qeyd edib ki, Norveç futbolu sürətlə inkişaf edir. “Borussiya”nın əsas heyətində yer alan Yulian Rüerson bunun bariz nümunəsidir.

“Borussiya” – “Budyo Qlimt”  matçı 10 dekabrda Dortmundda keçiriləcək. Oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Chosen
19
90deqiqe.az

1Sources