ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçin paytaxtı Stokholmda fizika, tibb, kimya, iqtisadiyyat və ədəbiyyat üzrə 2025-ci il Nobel mükafatları sahiblərinə təqdim olunub.Turkustan.az xəbər verir ki, Stokholm Konsert Salonunda (Konsert Huset) keçirilən təntənəli mərasimdə İsveç Kral ailəsi, Baş nazir Ulf Kristersson, nazirlər, partiya və xarici nümayəndələr, laureatlar və çoxsaylı qonaqlar iştirak ediblər.Mükafatlar ənənəyə uyğun olaraq laureatlara İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilib.Bu il mükafatlar aşağıdakı alim və yaradıcı şəxslərə verilib:Fizika Mükafatı: Con Klark, Mişel Devoret və Con MartinisKimya Mükafatı: Susumu Kitagawa, Richard Robson və Omar M. YaghiTibb Mükafatı: Meri Brunkow, Fred Ramsdell və Şimon Sakaquçiİqtisadiyyat Mükafatı: Joel Mokyr, Philippe Aghion və Peter HowittƏdəbiyyat Mükafatı: Laszlo KrasznahorkaiNobel mükafatçılarına diplom, Nobel medalı və 11 milyon İsveç kronu məbləğində pul mükafatı təqdim olunub.
Aytən Yaşar/ Turkustan.az
Telegram
Share
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.