EN

2029-cu ildə Britaniyada ilk hava taksisi fəaliyyətə başlayacaq


Britaniyanın “Vertical Aerospace” şirkəti 2029-cu ilin əvvəlində Böyük Britaniyanın ilk uçan taksisini istifadəyə verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, “Vertical Aerospace” Londonun Kaneri Uorf biznes dairəsi ilə əsas nəqliyyat qovşaqları arasında Böyük Britaniyanın ilk hava taksi marşrutlarını işə salacaq. 
Kaneri Uorfdan bu xidmət Hitrou və Qatvik hava limanlarını, həmçinin Kembric və Oksford şəhərlərini birləşdirəcək.
“Skyports Infrastructure” və “Bristow Group” şirkətləri ilə birgə həyata keçiriləcək layihə bütün nəqliyyat infrastrukturunun yaradılmasını əhatə edəcək.
Hava taksisi dörd sərnişinin yerləşdiyi “Valo” elektrik helikopterindən istifadə edəcək. Təxminən 240 km/saat sürətlə 160 km-dən çox məsafəni qət edəcəyi ddia edilir. Şirkət 2030-cu ilə qədər bu helikopterlərdən 175-ni istehsal etməyi planlaşdırır.
Chosen
80
1
yeniavaz.com

2Sources