EN

Tramp Avropa liderləri ilə danışdı Makron dərhal açıqlama yaydı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Fransa, Böyük Britaniya və Almaniya liderləri  ilə Ukraynadakı vəziyyətə dair danışıqlar aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, telefon danışığı zamanı Ukrayna münaqişəsinin mövcud vəziyyəti və sülhə nail olunması perspektivləri müzakirə edilib. Danışıqların detalları hələlik açıqlanmayıb.

Fransa Prezidenti Emmanuel Makron da eyni məlumatı təsdiqləyib. Makronun sözlərinə görə, telefon danışığı 40 dəqiqə davam edib.

Fransa hökumətinin verdiyi məlumata əsasən, Ukraynanın müttəfiqləri bu həftə ərzində videobağlantı vasitəsilə görüş keçirəcəklər. Bu, Trampın Kiyevə müharibəni dayandırmaq üçün razılaşma əldə etməyə təzyiq göstərməsi fonunda baş tutacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
109
globalinfo.az

1Sources