EN

Bəşər Əsədin Rusiya tərəfindən təhvil verilməsi Suriya hakimiyyətinin təklifindən asılıdır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

"Amerika Birləşmiş Ştatları və Avropa kəşfiyyat orqanları da daxil olmaqla bir sıra Qərb kəşfiyyat orqanları "Bəşər Əsəd ətrafında yeni siyasi reallıq formalaşdırmaq məqsədilə" Rusiya nümayəndələri üçün işləyir". Bu barədə ərəb mediası xəbər verir. Moskva iddia edir ki, hazırkı Suriya prezidenti Əhməd əl-Şaraadan Əsədin və hazırda Rusiyada olan digər keçmiş yüksək vəzifəli rejim rəsmilərinin ekstradisiyası üçün rəsmi sorğunu nəzərdən keçirməyə hazırdır.

Rusiya Bəşər Əsədi Suriyaya geri verə bilərmi?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indiki durum qəti olaraq şərh vermək üçün uyğun deyil: “Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiya tərəfindən Suriya hakimiyyətinə verilib-verilməyəcəyi ilə bağlı fikir söyləmək çətindir. Çünki sabiq prezidentin taleyi artıq Rusiyanın danışıqlar prosesində nə verəcəyindən, nə alacağından asılıdır. Məsələn, Suriya tərəfi Rusiyanı fakt qarşısında qoysa ki, məsələn, “ya sən onu qaytaracaqsan, ya da mən sənin hərbi bazalarını Suriyadan çıxarıram”. O zaman düşünürəm ki, Rusiya fakt qarşısında qala bilər. Amma Bəşər Əsədin Suriyaya qaytarılmasında kimin nə qazanacağı və ya nə itirəcəyi məsələsi fərqli bir vəziyyət ola bilər. Fərqli ona görə ki, Rusiya Əsədi nəyinsə qarşılığında verə bilər. Güman etmirəm ki, Rusiya sabiq prezidenti ölkəsinə təhvil versin. Məsələnin bu tərəfi də var ki, Bəşər Əsəd Rusiyanın Suriyada etdikləri ilə bağlı çox şey bilir. Ona görə də onu geri vermək "intihar" kimi bir haldır. Təcrübədə belə bir "alış-veriş" olmayıb”.

Samir Hümbətov

Politoloq hesab edir ki, indiki vəziyyətdə Suriya tərəfi bir çox təklif irəli sürə bilər: “Rusiya qoşunlarının Suriyada qalması və möhkəmlənməsi təkliflər sırasında ola bilər”.

Samir Hümbətovun fikrincə bu da Bəşər Əsədi vermək üçün yetərli deyil: “Rusiya onsuz da özünü orada saxlamağa çalışır.

İndiki müddətdə burada qısa müddətdə itirəcək ölkə Suriya ola bilər. Suriya eyni zamanda uzun müddətdə qazana da bilər. Rusiya bunu heç bir halda itki kimi qəbul etmək istəmir. Çünki Rusiya aldığını çoxdan alıb. Əsədin nə qədər pulu var idisə, banklara qoyub. Əsəd indi Rusiyadan asılı vəziyyətdədir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
icma.az

1Sources