EN

Liverpul un qapıçısı Milan a transfer oluna bilər

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson yenidən İtaliya A Seriyasında çıxış edə bilər.

Redaktor.az "Sky Sport"a istinadən xəbər verir ki, "Milan" kollektivi 33 yaşlı qolkiperin xidmətində maraqlıdır.

"Rossonerilər" yayda müqaviləsinin müddəti başa çatacaq hazırkı qapıçıları Mayk Menyanla yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.

Mənbə bildirir ki, Braziliya millisinin "çərçivə qoruyucusu" "Milan"da çıxış etməyə müsbət yanaşır. Baxmayaraq ki, onun Premyer Liqa təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi qüvvədədir.

Qeyd edək ki, Alisson 2018-ci ildə "Liverpul"a digər İtaliya komandası "Roma"dan transfer olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
redaktor.az

3Sources