EN

“Azərbaycan parlamentinin üzvləri ilə görüşümüz mümkündür” Erməni spiker

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində İstanbuldakı tədbir çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşün mümkünsüz olmadığını bildirib.

Simonyan vurğulayıb ki, Ermənistan hər zaman beynəlxalq platformalardan əlaqələrin qurulması məqsədilə istifadə edir və Azərbaycan tərəfi də bu təşəbbüsləri müsbət qarşılayır:

“Hələ konkret danışıq olmasa da, hesab edirəm ki, İstanbuldakı Parlamentlərarası Birliyin konfransı çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri arasında əlavə görüşlər baş tuta bilər. Eyni zamanda, gələcəkdə parlament üzvlərimizlə daha geniş formatlı görüşlər təşkil etmək imkanlarını da müzakirə edəcəyik, artıq hansısa beynəlxalq kontekstdən asılı olmayaraq, bizim qərarımızla mümkündür”.

Xatırladaq ki, Azərbaycan parlament sədri Sahibə Qafarova erməni həmkarı Alen Simonyanla sonuncu dəfə oktyabr ayında Cenevrədə keçirilən Parlamentlərarası Birliyin 151-ci iclası çərçivəsində görüşmüşdülər.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
156
azpolitika.info

1Sources