EN

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələriKEÇİRİLDİ

Bakıda Azərbaycan-Rusiya siyasi məsləhətləşmələri keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 8-10 dekabr tarixlərində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

Bildirilib ki, məsləhətləşmələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin
arasında 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən görüşdən sonra çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İkitərəfli gündəlikdəki cari məsələlərə və onların həyata keçirilməsi planlarına xüsusi diqqət yetirilib. Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr də daxil olmaqla, 2026-cı il üçün təmaslar cədvəli nəzərdən keçirilib.

Chosen
73
1
redaktor.az

2Sources